MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qarabağ
31 Oktyabr , 2020 16:23
MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

Görüntüləri təqdim edirik.

Son xəbərlər

Orphus sistemi