Düşmənin təxribatı nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub
Qarabağ
- 05 iyul, 2016
- 11:30
Bakı. 5 iyul. REPORT.AZ/ Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!
Son xəbərlər
09:36
Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik SES tikilib"
Energetika09:36
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb
Formula 109:35
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır
Energetika09:35
"Birbaşa Bakı" və "Zirə" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
Futbol09:29
Emin Hüseynov: "Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri yaradılıb"
İnfrastruktur09:24
Foto
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub - YENİLƏNİB-2
Formula 109:22
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Hadisə09:18
Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
Ekologiya09:17