Düşmən Tərtəri yenidən atəşə tutub

Düşmən Tərtəri yenidən atəşə tutub Cəbhədə şiddətli döyüşlər davam edir.
Qarabağ
10 Oktyabr , 2020 09:45
Düşmən Tərtəri yenidən atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 10-u səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, döyüşlər davam edir.

İngilis versiyası Enemy fired on Tartar again

Son xəbərlər

Orphus sistemi