Döyüşlərin 12-ci günü: dağıdılmış Tərtərdən

Döyüşlərin 12-ci günü: dağıdılmış Tərtərdən Sentyabrın 27-dən cəbhədə gərgin döyüşlər davam edir. 
Qarabağ
8 Oktyabr , 2020 16:58
Döyüşlərin 12-ci günü: dağıdılmış Tərtərdən

Sentyabrın 27-dən cəbhədə gərgin döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəf alır, mülki vətəndaşları top mərmiləri və raketlərlə atəşə tuturlar.

Bu gün - oktyabrın 8-i döyüşlərin 12-ci günüdür. Sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və rayonun ətraf kəndlərini ağır artilleriya atəşinə məruz qoyur. Nəticədə 17 sosial obyektə və 351 evə ziyan dəyib, 80-dən çox ev tamamilə dağılıb, 37 mülki vətəndaş yaralanıb, 9 nəfər isə həlak olub.

Düşmənin dinc əhalini atəşə tutmasına baxmayaraq, Tərtər şəhər sakinləri şəhəri tərk etməyib, həyat öz axarı ilə davam edir.

Hazırda döyüşlər davam edir.

Son xəbərlər

Orphus sistemi