Deputat: “Ermənilərin Tovuzda dağıtdığı evlərin yerində yeniləri, daha abadları inşa ediləcək”

Deputat: “Ermənilərin Tovuzda dağıtdığı evlərin yerində yeniləri, daha abadları inşa ediləcək” “Ermənistanın sərhədin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, düşmənin yaşayış məntəqələrimizə atdığı mərmilər nəticəsində vətəndaşlarımıza, onların əmlakına ciddi zərər yetirilib. Dövlətimiz öz vətəndaşını heç vaxt darda qoymayıb, zəruri olan bütü
Qarabağ
23 İyul , 2020 15:57
Deputat: “Ermənilərin Tovuzda dağıtdığı evlərin yerində yeniləri, daha abadları inşa ediləcək”
Ülvi Quliyev

“Ermənistanın sərhədin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, düşmənin yaşayış məntəqələrimizə atdığı mərmilər nəticəsində vətəndaşlarımıza, onların əmlakına ciddi zərər yetirilib. Dövlətimiz öz vətəndaşını heç vaxt darda qoymayıb, zəruri olan bütün addımlarını atıb. Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam da Azərbaycan dövlətinin hər zaman vətəndaşının yanında olduğunu bir daha göstərir”.

Bunu Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat vurğulayıb ki, artıq dövlət başçısının sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb, dəymiş ziyan hesablanır. Onun sözlərinə görə, bu məqsədlə İşçi qrupu yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar: “Vəziyyətlə bilavasitə yerində tanış olmaq uçun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərdə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı icra ediləcək”.

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində əsasən Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ziyan dəydiyini, dinc əhaliyə məxsus onlarla evin müxtəlif dərəcədə ziyan çəkdiyini söyləyən Milli Məclisin deputatı vurğulayıb ki, intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib: “Düşmənin vurduğu ziyanı aradan qaldırmaq üçün dövlətimizin hər cür imkanı var. 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Ağdam və Tərtər rayonlarında mülki əhaliyə ciddi ziyan dəymişdi. Həmin dövrdə də cənab Prezident müvafiq Sərəncam imzaladı, ziyan dəyən evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri dövlət hesabına həyata keçirildi. Ona görə də düşmən Azərbaycanın mülki vətəndaşlarının evlərinə, başqa sosial obyektlərə vurmuş olduu ziyana görə sevinməsin. Bu zərər çox qısa müddətdə aradan qaldırılacaq və düşmən mərmisinin dağıtdığı evlərin yerində daha böyük, daha abad evlər tikiləcək”.

Son xəbərlər

Orphus sistemi