“Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir və etməkdədir. Və dövlət başçılarımızın bilavasitə iştirakı ilə münasibətlər günbəgün inkişaf edir”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə bütün sahələrdə Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq.
“Bu dəstək bizə əlavə güc və ruh yüksəkliyi verirdi. Hesab edirik ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək səviyyədədir. Biz böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdik ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.
Nazir əlavə edib ki, Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqəli geniş fikir mübadiləsi aparılıb.