Çexiyadan olan QHT nümayəndəsi: “Edillidə gördüklərim mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı”

Çexiyadan olan QHT nümayəndəsi: “Edillidə gördüklərim mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı” “Buraya gəlmək və gördüklərim, şübhəsiz ki, ürəkağrıdıcıdır. Edillidə gördüklərim, aşkar edilmiş kütləvi məzarlıqdakı cəsədlərin qalıqları - bütün bunlar mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı, “Osventsim”də ilk dəfə olarkən yaşadığım hissləri yaşad
Qarabağ
15 Oktyabr , 2022 14:59
Çexiyadan olan QHT nümayəndəsi: “Edillidə gördüklərim mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı”
Radek Smolka

“Buraya gəlmək və gördüklərim, şübhəsiz ki, ürəkağrıdıcıdır. Edillidə gördüklərim, aşkar edilmiş kütləvi məzarlıqdakı cəsədlərin qalıqları - bütün bunlar mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı, “Osventsim”də ilk dəfə olarkən yaşadığım hissləri yaşadım”.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Çexiyadan olan QHT nümayəndəsi Radek Smolka deyib.

Onun sözlərinə görə, artıq bir neçə dəfə Azərbaycanda olub və hər dəfə buradan qayıdanda ölkə həqiqətlərini başqaları ilə bölüşməyə çalışır.

“Şükürlər olsun ki, ölkəmiz Azərbaycan həqiqətləri, Qarabağ hadisələri ilə bağlı həqiqətlər ilə qismən tanışdır, Çexiyada erməni təbliğatı o qədər də güclü deyil. Buna baxmayaraq, faciəli hadisələrlə bağlı həqiqətlər bütün insanların diqqətinə çatdırılmalıdır. Ona görə də ölkəmdən mümkün qədər çox insanın gəlib burada baş verənləri öz gözləri ilə görməsi və münaqişəni daha yaxşı başa düşməsi çox yaxşı olardı”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi