Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə xüsusilə möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını ifadə ediblər
Qarabağ
14 Mart , 2021 11:29
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Cəlilabad Rayon Polis Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ailələrinə mütəmadi olaraq baş çəkir, onların qayğıları ilə maraqlanırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Novruz bayramı ərəfəsində də Cəlilabad rayonundakı bütün Vətən müharibəsi şəhidlərinin, o cümlədən DİN-in Daxili Qoşunlarında xidmət etmiş baş çavuş, rayonun Bəcrəvan kəndində anadan olmuş Fərid Hüseynov, baş çavuş, rayonun Badamağac kəndində anadan olmuş Mirsəfa Mirəşrəfbəyli, əsgər, rayonun Privolnoye kəndində anadan olmuş Elnur Bağırov və əsgər, rayonun Bəcrəvan kəndində anadan olmuş Ayaz Abasovun ailələri ziyarət olunub, gətirilən bayram sovqatı onlara təqdim olunub.

Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev və şöbənin əməkdaşları Vətən müharibəsində igidlik göstərərək şəhid olmuş Fərid Hüseynovun ölümündən sonra dünyaya göz açmış övladına baş çəkərək onun üçün gətirdikləri hədiyyələri ailəsinə təqdim ediblər. Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərib ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə xüsusilə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi