Cəlilabadda Vətən müharibəsi şəhidləri anılıb
Qarabağ
- 27 sentyabr, 2021
- 07:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq silsilə anım tədbirləri başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, ilk tədbir Cəlilabad şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanında baş tutub. Tədbirdə rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, hərbçilər və yerli sakinlər iştirak ediblər. Ziyarətçilər şəhidləri yad edib, onların ruhuna dualar oxuyublar.
Daha sonra şəhidlərin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçiriləcək. Həmçinin rayon mədəniyyət mərkəzində ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Qeyd edək ki, Cəlilabad rayonu Vətən müharibəsi zamanı 97 şəhid verib.
Son xəbərlər
01:19
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
Region
00:41
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsinin fəaliyyəti bərpa olunub
Digər ölkələr
00:21
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
Digər ölkələr
23:51
Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib
Digər ölkələr
23:31
Braziliyada güclü fırtına nəticəsində azı 3 nəfər ölüb
Digər ölkələr
23:21
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
ASK
23:07
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
Digər ölkələr
22:57
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
Digər ölkələr
22:48
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Xarici siyasət