Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlandı

Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlandı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Oğuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi siste
Qarabağ
14 Oktyabr , 2020 00:39
Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Oğuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 10 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər kəndi və E.Sadıqov küçəsi, Bərdə rayonunun Hacılar, Füzuli rayonunun Horadiz şəhəri, Oğuz rayonunun Xaçmaz kəndi, Tərtər rayonunun Borsunlu, Seydimli kəndləri və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 722 ədəd (9N235) bombacıq, 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd tərkibində 72 ədəd 9N235 bombacığı olan 9M525 raketi və 1 ədəd dronunun partladıcısı partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülki şəxs arasında maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi