Brayza: “ABŞ regionda əvvəlki kimi fəal şəkildə təmsil olunmur”

Brayza: “ABŞ regionda əvvəlki kimi fəal şəkildə təmsil olunmur” "Rusiya və ABŞ-la birlikdə Minsk qrupunun üçüncü üzvü Avropa İttifaqı olmalıdır"
Qarabağ
12 Mart , 2021 18:08
Brayza: “ABŞ regionda əvvəlki kimi fəal şəkildə təmsil olunmur”

“ABŞ regionda əvvəlki kimi fəal şəkildə təmsil olunmur”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Cənubi Qafqaz və Qərb. Aİ ilə ABŞ arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin səbəbləri və yolları” mövzusunda keçirilən onlayn konfransda çıxışı zamanı deyib.

"Hamımız iyul ayında Azərbaycan-Ermənistan sərhədindəki eskalasiyanı xatırlayırıq. O zaman nə ABŞ, nə Aİ, nə də Minsk qrupu xüsusi fəallıq göstərmədi. Minsk qrupu Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün mandat almışdı. Ermənistanla Azərbaycan sərhədi Minsk qrupunun mandatı xaricindədir. Beləliklə, geri qayıtsaq, Minsk qrupu heç bir xüsusi hərəkət etmədi. Nəticədə təhlükəsizlik və diplomatiya sferasında müəyyən vakuum əmələ gəldi”, - M.Brayza bildirib.

O həmçinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin münaqişə tərəflərindən birinə olan rəğbəti açıq şəkildə sezildiyi təqdirdə fəaliyyətləri ilə inam qazanmağın çətin olduğunu qeyd edib. M.Brayzanın fikrincə, Rusiya və ABŞ-la birlikdə Minsk qrupunun üçüncü üzvü Avropa İttifaqı olmalıdır.

“Anlayıram ki, bu olmayacaq. Minsk qrupu üçün indiki formatda iş görmək çətindir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi