Böyük Qayıdış: Növbəti köç karvanı Laçının Zabux kəndinə çatıb - YENİLƏNİB

Böyük Qayıdış: Növbəti köç karvanı Laçının Zabux kəndinə çatıb - YENİLƏNİB Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Qarabağ
16 Noyabr , 2023 16:48
Böyük Qayıdış: Növbəti köç karvanı  Laçının Zabux kəndinə çatıb - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.

"Report" verir ki, Laçının Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.

Daha sonra yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.

Ailələrə noyabrın 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.

31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr sevinc göz yaşlarını saxlaya bilməyiblər. Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.

06:45

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bakıdan yola düşən köç karvanına Tərtər, Bərdə, Qax və Lənkərandan Zabuxa qayıdan ailələr də qoşulacaq. Bu gün kəndə 25 ailə - 94 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanıma Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, bugünkü köç nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndində 46 ailə, yəni 188 nəfər yaşayacaq.

Son xəbərlər

Orphus sistemi