Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

Beynəlxalq səyyahlar Ağdamda səfərdədir Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.
Qarabağ
4 Noyabr , 2023 16:21
Beynəlxalq səyyahlar Ağdamda səfərdədir

Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

"Report" xəbər verir ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrup Ağdam şəhərinə gəlib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

Onlar bu gün səhər saatlarında Füzuli və Şuşaya səfər ediblər.

Son xəbərlər

Orphus sistemi