Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər

Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər Böyük Britaniyadan 12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki kütləvi məzarları ziyarət edib.
Qarabağ
4 Fevral , 2023 18:42
Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər

Böyük Britaniyadan 12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki kütləvi məzarları ziyarət edib.

"Report" xəbər verir ki, qonaqlara buradan tapılan minaların sayı barədə məlumat verilib.

“Ehtimal olunur ki, Ermənistan bu kütləvi məzarlığın yerinin məlum olacağını əvvəlcədən bilirdi, ona görə də onun törətdiyi hərbi cinayətini gizlətmək, yaxınlarının, qohumlarının qalıqlarını axtaran insanların ölümünə təhrik etmək üçün kütləvi məzarlığın üstü və ətrafını minalayıb. Ermənistanın törətdiyi hərbi cinayətlərin üslubu belədir, işğaldan azad edilmiş ərazilərdə adi məzarlıqlar minalanır, insanların sümükləri çıxarılır, məzarlarda qızıl dişlər axtarılırdı”, - ANAMA nümayəndələri bildiriblər.

ANAMA nümayəndələri onu da vurğulayıblar ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində minalardan təmizləmə işləri davam edir.

Beynəlxalq səyahətçilərin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Son 2 il ərzində əsas beynəlxalq turizm klubları – “Etic”, MTP, TCC, “NomadMania” və Türkiyənin “Travel Club” nümayəndələri Qarabağa və Şərqi Zəngəzura səfər ediblər. Belə səfərlər 2021-ci ildə bir dəfə, ötən il dörd dəfə həyata keçirilib.

Bu səfər ardıcıl altıncıdır. Qrupa hərbi tarixlə maraqlanan səyahətçilər, o cümlədən məşhur səyahət kitablarının müəllifləri daxildir.

Bu cür səfərlər Qaranlıq turizm kimi ekstremal turizm növünü təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq səyahətçilər Ermənistanın 30 ilə yaxındır talan etdiyi işğaldan azad edilmiş ərazilərə və 2020-ci ildə ağır döyüşlərin getdiyi yerlərə səfər edirlər. Onlar reallıqlarla, o cümlədən tikinti və yenidənqurma işləri, Zəngəzur dəhlizinin yaradılması işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edirlər.

Son xəbərlər

Orphus sistemi