Bakıda şəhidlərin xatirə lövhəsi açılıb

Bakıda şəhidlərin xatirə lövhəsi açılıb Xətai rayonunda yerləşən 59 nömrəli orta məktəbin həyətində Birinci və ikinci Qarabağ müharibəsinin şəhidləri Azərbaycanın Milli Qəhrəmanı gizir Tahir Əminağa oğlu Bağırovun, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun, leytenant Vüqar Rzaxan oğ
Qarabağ
27 Oktyabr , 2021 12:56
Bakıda şəhidlərin xatirə lövhəsi açılıb

Bakının Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin həyətində Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, Azərbaycanın Milli Qəhrəmanı gizir Tahir Əminağa oğlu Bağırovun, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədovun, Denis Aleksandroviç Əliyevin, Toğrul Daşqın oğlu Ağalarlının, Orxan Zöhrab oğlu İsmayılovun və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər şəhidlərin döyüş yolundan danışıblar, onlarla bağlı xatirələrini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi