Bakıda mina təhlükəsinə həsr olunan kitabın təqdimatı keçirilib

Bakıda mina təhlükəsinə həsr olunan kitabın təqdimatı keçirilib Bu gün Bakı Ali Neft Məktəbində “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan dilinə tərcümə edilmiş “Torpağı canlandıraq” (Breaking Ground) kitabının təqdimat mərasimi keçirilib.
Qarabağ
12 May , 2023 14:06
Bakıda mina təhlükəsinə həsr olunan kitabın təqdimatı keçirilib

Bu gün Bakı Ali Neft Məktəbində “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan dilinə tərcümə edilmiş “Canlanan torpaq” (Breaking Ground) kitabının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, universitetin rektoru Elmar Qasımov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və başqaları iştirak ediblər.

Bildirilib ki, “Canlanan torpaq” kitabı müharibədən zərər çəkmiş ölkələrdə mina terrorundan bəhs edir.

"Mülki əhali və beynəlxalq ictimaiyyət mina probleminə göz yummamalıdır. Yerə basdırılmış minalar nifrət və qəzəb toxumlarıdır. “Sülhün Kökləri” təşkilatı olaraq vəzifəmiz bu nifrətlə mübarizə aparmaqdır", - Heidi Kühn tədbirdə çıxışı zamanı deyib.

H.Kühn Qarabağda və dünyada mina partlaması nəticəsində həlak olan şəxslərin anaları ilə həmrəy olduğunu bildirib.

“Qlobal cəmiyyət olaraq həm dağıdıcı, həm də yaradıcı gücə malikik, buna görə də minalarla mübarizədə əməkdaşlıq etməliyik”, - o əlavə edib.

Tədbirin sonunda Heidi Kühn Bakı Ali Neft Məktəbinin ərazisində sülhü simvolizə edən zeytun ağacı əkib.

Qeyd edək ki, “Canlanan torpaq” (Breaking Ground) kitabı Azərbaycan dilinə BAMF-in təşəbbüsü ilə tərcümə edilib və çap olunub. 

Son xəbərlər

Orphus sistemi