Xarici diplomatlar “Laçın” sərhəd-buraxılış məntəqəsində baş vermiş erməni təxribatları barədə məlumatlandırılıb

Xarici diplomatlar “Laçın” sərhəd-buraxılış məntəqəsində baş vermiş erməni təxribatları barədə məlumatlandırılıb Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.
Qarabağ
24 İyun , 2023 11:20
Xarici diplomatlar “Laçın” sərhəd-buraxılış məntəqəsində baş vermiş erməni təxribatları barədə məlumatlandırılıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.

“Report” xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməniəsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.

Xarici diplomatlara Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradıldığı barədə məlumat verilib.

Qeyd olunub ki, Ermənistan tərəfi sərhəd-buraxılış məntəqəsindəki mövcud vəziyyətdən PR kampaniyaları üçün təbliğat vasitəsi kimi istifadə etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi