Azərbaycan və Ermənistanın XİN başçıları iyulun 11-də Brüsseldə görüşəcək

Azərbaycan və Ermənistanın XİN başçıları iyulun 11-də Brüsseldə görüşəcək Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş yeri və tarixi açıqlanıb.
Qarabağ
9 İyul , 2018 11:01
Azərbaycan və Ermənistanın XİN başçıları iyulun 11-də Brüsseldə görüşəcək
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş yeri və tarixi açıqlanıb.

"Report"un məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Nazir deyib ki, görüş NATO-nun Brüsseldə keçiriləcək sammiti çərçivəsində baş tutacaq. 

"Azərbaycan tərəfi danışıqlarda irəliləyiş əldə olunacağına ümid edir", -deyə E.Məmmədyarov vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi də nazirlərin Brüssel görüşü barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi