Azərbaycan MN: Su-25 təyyarəmiz vurulmayıb

Azərbaycan MN: Su-25 təyyarəmiz vurulmayıb Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.
Qarabağ
14 Oktyabr , 2020 11:13
Azərbaycan MN: Su-25 təyyarəmiz vurulmayıb
0 : 00
0 : 00

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.

"Report"un xəbərinə görə, MN Mətbuat Xidmətinin açıqlamasında deyilir:

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Son xəbərlər

Orphus sistemi