​Azərbaycan, İran və Rusiyanın XİN rəhbərləri Bakıda Qarabağ problemini müzakirə edəcək

​Azərbaycan, İran və Rusiyanın XİN rəhbərləri Bakıda Qarabağ problemini müzakirə edəcək Zaxarova: "Əsas mövzu Dağlıq Qarabağ problemi olacaq"
Qarabağ
5 Aprel , 2016 23:12
​Azərbaycan, İran və Rusiyanın XİN rəhbərləri Bakıda Qarabağ problemini müzakirə edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan, İran və Rusiyanın xarici işlər nazirləri arasında Bakıda keçiriləcək üçtərəfli görüşün əsas mövzusu Dağlıq Qarabağ problemi olacaq.

"Report" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bildiyiniz kimi Bakıda "Rusiya-İran-Azərbaycan" formatında üçtərəfli görüş planlaşdırılıb. Əlbəttə, o son hadisələrlə əlaqədar aktuallıq kəsb etməyə başlayıb. Əsas mövzu Dağlıq Qarabağ olacaq", - deyə Zaxarova bildirib.

O qeyd edib ki, münaqişə iştirakçıları "münaqişənin həlli relsinə çıxıblar".

Son xəbərlər

Orphus sistemi