Azad Suqovuşanda həyat canlanır

Azad Suqovuşanda həyat canlanır 1994-cü ildə Suqovuşan erməni terrorçuları tərəfindən yenidən işğal edilib
Qarabağ
890
10 Fevral , 2021 16:53
Azad Suqovuşanda həyat canlanır

Suqovuşan keçmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil olan kəndlərdən biri olub. 1992-ci ildə işğaldan azad edilən Ağdərə rayonu inzibati ərazi kimi ləğv edilərək Ağdam, Tərtər və Kəlbəcər rayonlarına birləşdirilib. Suqovuşan kəndi də həmin vaxt Tərtər rayonuna birləşdirilib.

1994-cü ildə Suqovuşan erməni terrorçuları tərəfindən yenidən işğal edilib.

İllərdir erməni qəsbkarları tərəfindən vəhşicəsinə istismar olunan Suqovuşan kəndi inkişaf mərhələsində ilk qədəmlərini atır.

30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan ermənilər 2020-ci ildə 44 günlük müharibə ilə qovularaq geri çəkilməyə məcbur edildilər.

Beləliklə, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni diversiya qrupuna qarşı əks-hücum həmlələri ilə ağır və qızğın döyüşlərdən sonra oktyabrın 3-də Suqovuşanı terrorçulardan təmizlədi.

"Report"un Qərb mərkəzinin əməkdaşlarının işğaldan azad olunan Suqovuşandan hazırladığı videoreportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi