Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq

Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq İşğaldan azad olunan ərazilərdə məşğulluq startegiyası hazırlanacaq.
Qarabağ
15 Fevral , 2022 15:31
Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq

İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.

"Report" xəbər verir ki, bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub.

Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.

Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.

Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi