ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək Vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında Minsk qrupunu məlumatlandırmaq üçün Vyanaya gedəcək
Qarabağ
19 İyun , 2017 17:47
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

Bakı. 19 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar.

"Report" xəbər verir ki, sənəddə vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.

Həmsədrlər yaydıqları sənəddə bu yaxınlarda qoşunların təmas xəttində itkilərə səbəb olan atəşkəs rejiminin pozulması hallarına görə narahatlıqlarını bildiriblər.

Bəyanatda qeyd olunub ki, Bakı və Yerevanda danışıqlar zamanı vasitəçilər uzunmüddətli sülhün bərqərar edilməsi üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğunu vurğulayıb. Bildirilib ki, prezidentlər münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətlərini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi