ATƏT-in cəbhə bölgəsində keçirdiyi monitorinq başa çatıb

ATƏT-in cəbhə bölgəsində keçirdiyi monitorinq başa çatıb Monitorinq insidentsiz yekunlaşıb
Qarabağ
22 İyul , 2015 12:59
ATƏT-in cəbhə bölgəsində keçirdiyi monitorinq başa çatıb

Bakı. 22 iyul. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Son xəbərlər

Orphus sistemi