AŞPA həmməruzəçiləri Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yayıblar

AŞPA həmməruzəçiləri Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yayıblar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Ermənistanın Azərbaycanlasərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar.
Qarabağ
17 İyul , 2020 15:08
AŞPA həmməruzəçiləri Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yayıblar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar.

“Report”un Fransa bürosunun məlumatına görə, AŞPA-nın Ermənistan üzrə finlandiyalı həmməruzəçisi Kimmo Kiljunenin AŞPA-nın Azərbaycan üzrə avstriyalı həmməruzəçisi Stefan Şennax və britaniyalı həmməruzəçisi Rojer Gale ilə birgə yaydığı sənəddə Ermənistan və Azərbaycan təmkinli olmağa çağırılıb.

Bəyanatda həmçinin Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasıdan narahatlıq ifadə olunub: “Xatırladırıq ki, Avropa Şurasına üzv olduqları zaman sülhün yaradılması hər iki ölkənin üzərlərinə götürdükləri öhdəliklərdəndir. Ona görə də Ermənistan və Azərbaycanı təhlükəli vəziyyətdən çıxmaq və iltihablı ritorikadan çəkinmək üçün lazımi təmkin göstərməyə çağırırıq”. 

"Biz həmçinin hər iki ölkəni həmsədrlərin 15 iyul tarixli bəyanatlarında göstərilən qaydada ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlarları davam etdirməyə və ATƏT-in müşahidəçilərinin bölgəyə qayıtmalarına icazə verməyə dəvət edirik“, -  bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi