Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı g
Qarabağ
12 Noyabr , 2020 19:03
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən, əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi