Allahşükür Paşazadə: "Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır"

Allahşükür Paşazadə: "Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır" “Düşmən güclü olan dövrdə xristian-müsəlman sözündən istifadə etmir. Ancaq zəif olduğu zaman bundan yararlanmağa çalışır".
Qarabağ
2838
16 Oktyabr , 2020 14:54
Allahşükür Paşazadə: Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır
Allahşükür Paşazadə
0 : 00
0 : 00

“Düşmən güclü olan dövrdə xristian-müsəlman sözündən istifadə etmir. Ancaq zəif olduğu zaman bundan yararlanmağa çalışır".

“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqlarında xeyli sayda dini obyekt məhv edilib: “Bu gün dövlətimin rəhbəri ilə fəxr edirəm. Mən əvvəl dünya ictimaiyyətinə müraciət edəndə bəzən utanardım. Ancaq bu gün fəxrlə müraciət edirəm. Çünki biz güclüyük. Mən müharibə başlayandan yüzə yaxın dövlətə, təşkilata, dini liderlərə müraciət etmişəm. Qoy bilsinlər ki, bu gün dünya ictimaiyyəti özünü yazıq göstərənin tərəfindəydisə, artıq onların yalançı göz yaşlarına inanmırlar. Ermənilər həmişə yalançı olublar. Bu gün yenə də yalvarırlar. Haqq bizimlədir. İnşallah, haqq qalib gələcək”.

Son xəbərlər

Orphus sistemi