“Beynəlxalq razılaşmalara uyğun olan Zəngəzur dəhlizinin yaradılması və möhkəmləndirilməsi bütün region ölkələrinin maraqlarına cavab verəcək və xeyrinə olacaq”.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Ali Radasının (parlament) Humanitar məsələlər və informasiya siyasəti Komitəsinin sədri, hakim “Xalqın xidmətçisi” partiyasından deputat Mikita Poturayev bildirib.
O qeyd edib ki, Qafqaz üzərindən Asiya və Avropanın logistik və iqtisadi əlaqəsini artırmaq da hər iki makroregionun maraqlarına uyğundur.
“Çünki bununla artıq qlobal iqtisadi əlaqə gücləndiriləcək və bu, təkcə dəhlizin yaradılmasından birbaşa faydalanacaq ölkələrə yox, həm də bütün Avrasiya materikinin dinc və sabit inkişafında, iqtisadi artımında maraqlı olan bütün dövlətlərə fayda verəcək. Mənə elə gəlir ki, təhlükəsizlik məsələləri bilavasitə dəhlizlə həmsərhəd olan ölkələr tərəfindən təmin edilməlidir. Bəlkə də sülh razılaşmalarının zəmanətçiləri olan Türkiyə və Rusiyanın iştirakı ilə oldu. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə gəlincə, əminəm ki, indi Azərbaycan bu məsələnin həllinin daha dinamik iqtisadi inkişafa yol açdığını bütün qonşulara və bütün dünyaya sübut edə biləcək. Zəngəzur dəhlizi də bu mənada ən əhəmiyyətli faktorlardan biri ola bilər”, - deyə, komitə sədri əlavə edib.