Alban-Udi xristian icmasının üzvləri kilsə və məbədləri ziyarət edərkən maraqlı faktlar aşkarlayıblar

Alban-Udi xristian icmasının üzvləri kilsə və məbədləri ziyarət edərkən maraqlı faktlar aşkarlayıblar Xocavənd rayonunun səfər edən Alban-Udi xristian dini icmasının üzvləri Hadrut qəsəbəsində İoan məbədini ziyarət ediblər.
Qarabağ
282
27 Aprel , 2022 18:00
Alban-Udi xristian icmasının üzvləri kilsə və məbədləri ziyarət edərkən maraqlı faktlar aşkarlayıblar

Xocavənd rayonunun səfər edən Alban-Udi xristian dini icmasının üzvləri Hadrut qəsəbəsində İoan məbədini ziyarət ediblər.

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari deyib.

Onun sözlərinə görə, Pasxa münasibəti ilə məbədi ziyarət edən icma üzvləri öz dini ayinlərini yerinə yetirərək şəhidlərin ruhuna dualar oxuyublar.

İcma üzvləri məbədi ziyarət edərkən maraqlı faktlar da ortaya çıxarıblar.

R.Danakari ziyarət zamanı bildirib ki, ermənilər bu əraziləri 30 il əvvəl işğal etsələr də tarixi abidələri, kilsə və məbədləri 200 il qabağ Qarabağ və ətraf rayonlara kütləvi köçdən sonra işğal edərək özününkiləşdirməyə çalışıblar: "Məlumdur ki,1828-ci ildə Türkmənçay sülh müqaviləsinin 15-ci bəndinə əsasən ermənilər kütləvi şəkildə Azərbaycanın qədim yaşayış məskənlərinə köçürülüb. Kütləvi köçün ilk günlərində ermənilər Azərbaycan xalqının islamaqədərki xristian əhalisinə və burada yaşayan albanlara məxsus qədim xristian abidələrinə, kilsə və məbədlərə sığınıblar. Sonralar yerli əhalinin çox hissəsinin müsəlman olmasından istifadə edərək həmin kilsə və abidələri özününkiləşdirməyə başlayıblar".

R.Danakari əlavə edib ki, dünya ictimaiyyəti qarşısında özlərini yerli xristian əhali kimi təqdim etmək məqsədi ilə ermənilər albanlara və yerli xristian əhaliyə məxsus tarixi mədəniyyət abidələri, kilsə və məbədləri iki əsrə yaxındır ki, saxtalaşdırmağa, özününkiləşdirməyə çalışıblar:

"Azərbaycanın qədim yaşayış məskənlərinə ermənilərin kütləvi köçürülməsinin cəmi 200 ilə yaxın tarixi olsa da onlar özlərini 2 min ildən artıq bu ərazidə yaşadıqlarını sübut etməyə çalışırlar. Lakin bu uydurma və saxtlaşdırlmış faktlarla yalnız özlərini aldada biliblər. Tarixi həqiqətlərin üzərinə boya sürtməklə onu gizləmək ağılsızlıqdır. Çünki boya ilə örtülmüş tarixin ömrü güclü yağışların yağmasına qədər olur. 30 il əvvəl ermənilərin işğal etdiyi ərazilər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində azad olundu. Bu gün biz məbəd və kilsələrdəki dəyişiklikləri çox asanlıqla orijinalından ayıra bilirik. Azərbaycanın qədim yaşayış məskənlərində albanlara məxsus maddi və mənəvi mədəniyyət abidələrində, kilsə və məbədlərdə dini ayinlərin icra olunduğu yer üç pillə olduğu halda ermənilər artıraraq beş pillə ediblər. Lakin ermənilərin sonradan əlavə etdikləri pillələr və onların üzrəində olan erməni xaçları digər pillələrdən və onların üzərindəki boya ilə örtülmüş xaçlardan seçilir".

Son xəbərlər

Orphus sistemi