Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib - YENİLƏNİB

Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib - YENİLƏNİB Dualar oxunub, ibadət edədək şamlar yandırılıb
Qarabağ
17 Aprel , 2021 12:43
Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib - YENİLƏNİB

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət ediblər.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxunub, ibadət edədək şamlar yandırılıb.

10:10

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri başlayıb.

"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edəcək.

Qədim Azərbaycan kəndi olan Tuğ kəndi dini-tarixi abidələrin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

Xatırladaq ki, ermənilər işğal dövründə Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi "özününküləşdiriblər".

Son xəbərlər

Orphus sistemi