Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb  

Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb   Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Avropa İttifaqının təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Qarabağ
19 Dekabr , 2021 11:47
Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb  

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb.

O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.

Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşlər üçün Azərbaycan və Ermənistanla birgə işləməyə davam edəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi