Ağdamın cəbhə kəndlərində zərər dəymiş evlər bərpa edilir

Ağdamın cəbhə kəndlərində zərər dəymiş evlər bərpa edilir Ağdam rayonunda erməni silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş 121 fərdi yaşayış evi bərpa edilir
Qarabağ
29 Mart , 2019 02:30
Ağdamın cəbhə kəndlərində zərər dəymiş evlər bərpa edilir

Ağdam rayonunda erməni silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş 121 fərdi yaşayış evi bərpa edilir

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev "Report" un Qarabağ Mərkəzinə bildirib ki, Artıq 40 evdə əsaslı bərpa işləri başa çatdırılıb. Bu evlərdə dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, malyar işləri görülüb.50 evdə son tamamlanma işləri aparılır. Ümumilikdə bu günədək 81 evin dam örtüyü dəyişdirilib.

Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi