ABŞ səyyahı: “Qarabağda xarabalıqları görmək çox kədərlidir”

ABŞ səyyahı: “Qarabağda xarabalıqları görmək çox kədərlidir” “Qarabağda dağıntıları, xarabalıqları görmək çox kədərlidir”.
Qarabağ
20 İyun , 2022 13:04
ABŞ səyyahı: “Qarabağda xarabalıqları görmək çox kədərlidir”

“Qarabağda dağıntıları, xarabalıqları görmək çox kədərlidir”.

Bunu “Report”a Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı ABŞ səyyahı Enci Vanq deyib.

“Burada müharibə izlərinin şahidi oldum, bunu dünyanın başqa yerlərində də görmək olar. Bu, ölkəyə, insanlara və gözəl məkanlara dəymiş ziyandır”, - o bildirib.

ABŞ səyyahı hər şeyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.

E.Vanq onu ən çox heyran edən yerin Şuşadakı Cıdır düzü olduğunu etiraf edib: “Buranın gözəlliyi valehedicidir”.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən – Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan tanınmış 24 səyyah üç gün ərzində Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın və Füzuliyə səfər ediblər.

Son xəbərlər

Orphus sistemi