ABŞ rəsmisi: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi riski var"

ABŞ rəsmisi: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi riski var" "Bu münaqişəni idarə olunan hesab edənlər, yanılırlar"
Qarabağ
11 Sentyabr , 2016 21:27
ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi riski var

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Bir çoxları Dağlıq Qarabağ münaqişəsini dondurulmuş adlandırır, amma gördüyümüz kimi, xüsusilə də son vaxtlar, bu heç də belə deyil".

"Report" xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində deyib.

O bunun olduqca aktiv münaqişə olduğunu bildirib:

"Bu çox aktiv münaqişədir. Biz aprelin əvvəlində onun nə dərəcədə təhlükəli ola biləcəyini gördük".

"Bir neçə il öncə mən bu vəzifəyə keçəndə, daha çox snayperlər təhlükə yaradırdılar. Və çoxlu sayda insanın snayper gülləsi ilə öldürülməsi çox məyusedicidir.

Bu gün vəziyyət daha da təhlükəlidir. Çünki biz burada raket və digər ağır texnikaların mövcudluğunu görürük. Biz apreldə bunun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Düşünürəm ki, bütün bu ağır texnikalarla münaqişənin gərginləşməsi riski var. Təhlükə sadəcə gərginləşmə ilə bağlı deyil, mənfi nəticələrə gətirib çıxara biləcək səhv hesablamalar da ola bilər.

Ona görə, mən bunu tam da dondurulmuş münaqişə adlandırmazdım, mən onu olduqca aktiv, tərəfimizdən böyük diqqət tələb edən münaqişə adlandırardım. Düşünürəm ki, bu münaqişəni idarə olunan hesab edənlər, yanılırlar. Bu səbəbdən nizamlanmanın yolları, düşünürəm ki, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir".

Son xəbərlər

Orphus sistemi