Ümumdünya Yəhudi Konqresinin rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

Ümumdünya Yəhudi Konqresinin rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib Bakı. 27 aprel. REPORT.AZ/ Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder və Konqresin baş icraçı direktoru Robert Zinger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
27 Aprel , 2018 16:23
Ümumdünya Yəhudi Konqresinin rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder / Sean Gallup/Getty Images

Bakı. 27 aprel. REPORT.AZ/ Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder və Konqresin baş icraçı direktoru Robert Zinger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi icmaları və təşkilatlarını təmsil edən Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən çox məmnunuq.

Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik".

Son xəbərlər

Orphus sistemi