Yuxarı

"Rio-2016": Azərbaycan boksçusu Albert Səlimov mübarizəni dayandırıb

O, fransalı Sofian Umihə uduzub

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Albert Səlimov 1/4 final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 30 yaşlı boksçu fransalı Sofian Umiha ilə üz-üzə gəlib. İlk raunddan məğlub ayrılan Səlimovun cəhdləri ikinci raundda da fayda verməyib. Sonuncu raundda da hakimlər Umihanın daha üstün olduğunu bildirərək, onu qalib elan ediblər. 

Bununla da Səlimov "Bakı 2015" I Avropa Oyunlarının finalında 3:0 hesabı ilə yendiyi rəqibinə olimpiadada uduzaraq, mübarizəni dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi