"Rio-2016": Azərbaycan boksçusu Albert Səlimov mübarizəni dayandırıb

"Rio-2016": Azərbaycan boksçusu Albert Səlimov mübarizəni dayandırıb O, fransalı Sofian Umihə uduzub
Fərdi
13 Avqust , 2016 01:37
Rio-2016: Azərbaycan boksçusu Albert Səlimov mübarizəni dayandırıb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Albert Səlimov 1/4 final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 30 yaşlı boksçu fransalı Sofian Umiha ilə üz-üzə gəlib. İlk raunddan məğlub ayrılan Səlimovun cəhdləri ikinci raundda da fayda verməyib. Sonuncu raundda da hakimlər Umihanın daha üstün olduğunu bildirərək, onu qalib elan ediblər. 

Bununla da Səlimov "Bakı 2015" I Avropa Oyunlarının finalında 3:0 hesabı ilə yendiyi rəqibinə olimpiadada uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi