Şagirdlərin “Yay məktəbi” ilə tanışlıq - VİDEO

Şagirdlərin “Yay məktəbi” ilə tanışlıq - VİDEO İyunun 17-də “Yay məktəbi”nin təşkili ilə bağlı mediatur təşkil olunub
Multimedia
17 İyun , 2021 11:45
Şagirdlərin “Yay məktəbi” ilə tanışlıq - VİDEO

Bu gün “Yay məktəbi”nin təşkili ilə bağlı Bakı şəhəri 32 nömrəli tam orta məktəbə mediatur təşkil olunub.

"Report"un mediaturda iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, “Yay məktəbi” İdarənin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir:

"Ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər iyunun 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər. Bununla şagirdlər zəruri bilik və bacarıqlarının möhkəmləndirə, eləcə də öyrəndiklərini ümumiləşdirə biləcəklər".

Daha sonra mediatur iştirakçıları “Yay məktəbi”nin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

Son xəbərlər

Orphus sistemi