Xəbər verildiyi kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib.
"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qoyulmuş məhdudiyyətlərə əməl etməyə çağırıb.
Bu qaydalara əsasən, insanların daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları, fərdi evlərdən və mənzillərdən yalnız zəruri və təxirəsalınmaz salınmaz hallarda çıxmaları, həmçinin insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyətin dayandırılması yer alıb.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə istirahət, iaşə, əyləncə və s. məkanlar bağlanıb, bulvar, parklar və digər yerlərə giriş qadağan edilib.
Bu qadağalara əməl edilməsinə nəzarət və maarifləndirmə işləri polis və Daxili Qoşunların hərbçiləri tərəfindən həyata keçirilir.
"Report"un əməkdaşları Bakı şəhərinin müxtəlif yerlərində vəziyyətlə bağlı fotoreportaj hazırlayıb:
FOTO: Firudin Səlimov