Yuxarı

Vətəndaşlar son kadr dəyişikliklərini necə qiymətləndirir? - VİDEOSORĞU

Vətəndaşlar son kadr dəyişikliklərini necə qiymətləndirir? - VİDEO

Prezident İlham Əliyev iyunun 20-də kadr dəyişikləri edərək bir neçə hüquq-mühafizə orqanının rəhbərini dəyişib. Müvafiq sərəncamlara əsasən, Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili İşlər naziri vəzifəsinə isə Vilayət Eyvazov təyin edilib. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunaraq Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Əli Nağıyev təyin olunub.

"Report" kadr dəyişikliklərinə vətəndaşların münasibətini öyrənib. Videomaterialı təqdim edirik.

Video: Rəşad Tuncay

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi