Yuxarı
    Bağlamaq

    Verona - Romeo və Cülyettanın vətənidir - FOTOREPORTAJ

    Hər kəs bu şəhəri Şekspir və onun dünya şöhrətli əsəri ilə assosiasiya edir

    Bakı. 26 iyun. REPORT.AZ/ İtaliyada istənilən hər hansı bir şəhəri romantik şəhər adlandırmaq olar. Lakin bunların arasında tamamilə seçilən və fərqlənən bir şəhər var.

    Verona haqqında hər hansı bir xatırlama ilk növbədə insanlarda dərhal Şekspir və hadisələri bu şəhərdə cərəyan edən onun dünya şöhrətli "Romeo və Cülyetta" əsəri ilə assosiasiyalar yaradır.

    Burada turistlərə Cülyettanın yaşadığı hesab olunan evi və balkonu, Romeonun evi, Cülyettanın məzarını göstərirlər. Baxmayaraq ki, turistlər tarixən bu binaların əsərin personajları ilə heç bir əlaqəsinin olmadığını gözəl bilirlər, onlar yenə də bütün binanın ətrafına Cülyettaya yazılmış məktubları yapışdırmaqda davam edirlər. Onlar əmindilər ki, Cülyetta mütləq məktublara cavab verəcək. Düzdür, bu halda ona müasir köməkçiləri yardım edir.

    Burada divarların hər bir boş sahəsində "sevgi" qıfılları asılıb. Belə təsəvvür yaranır ki, divar asma qıfılların ağırlığı altında indicə dağılacaq.

    Tarixi yerlərdən antik Roma amfiteatrı Arena di Veronaya baxmağa dəyər. Bura bizim eranın 30-cu illərində inşa olunub və şəhərin əsas meydanı Piazza Bra yaxınlığında yerləşir.

    Bir vaxtlar qladiatorların döyüşləri keçirilən bu məkanda, hazırda səs yarışmaları baş tutur. Burada həm opera ifaçıları, həm də hamının sevdiyi İtalyan estrada müğənniləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi