Yuxarı

​Ultrabənövşəyi lampanın işığında parıldayan rəsmlər - VİDEO

​Ultrabənövşəyi lampanın işığında parıldayan rəsmlər

Bakı. 5 may. REPORT.AZ/ Neon rəsmləri incəsənətin yeni istiqamətidir və bu, neon boyalarının ultrabənövşəyi lampanın işığında parıltı verməsinə əsaslanır. İşıqlanma illüziya yaradır və 3D effekti verir.

Neon boyaları insan orqanizmi üçün tamamilə zərərsizdir. Bu boyalar Qırmızı dənizdəki mərcanlardan alınan piqmentdən (heyvan və bitki orqanizmində toxumalara rəng verən maddə) hazırlanır. Onun heç bir rəngi və qoxusu yoxdur, allergiyaya səbəb olmur və insan orqanizminə heç bir mənfi təsir göstərmir. Rəssamlığın bu növü ilə məşğul olan rəssam öz rəngarəng illüziyalarını parlaq neon boyalar vasitəsilə ötürür və rəsmlər sanki canlanır. Mistika burada hər şeydə özünü göstərir. Çünki tablolar gün işığında görünmür və qaranlıqda ultrabənövşəyi işıq saçır. Bu, qeyri-adi incəsənət növüdür.

Son zamanlar neon rəngkarlığı sənətinə Azərbaycanda böyük maraq var.

"Report" tanınmış heykəltəraş, xalq rəssamı Kamal Ələkbərovun oğlu Fərid Ələkbərov ilə neon sənətin sirləri barədə hazırladığı videoreportajı təqdim edir.

Xatırladaq ki, Fərid şərqdə neon boyaları ilə çalışan yeganə rəssamdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi