Yuxarı

Türkiyənin ağrılı günü - zəlzələ bölgəsindən - FOTOREPORTAJ

Türkiyənin ağrılı günü - zəlzələ bölgəsindən - FOTOREPORTAJ 426

Ötən gecə Türkiyə 6.8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib. 

Zəlzələ Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş, Şanlıurfa şəhərlərində hiss olunub.

Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.

"Report" zəlzələ bölgəsindən fotoreportajı təqdim edir.  

Alparslan Öztürk

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi