Tokionun "Səma ağacı" - dünyanın ən hündür teleqülləsi - FOTOREPORTAJ

Tokionun "Səma ağacı" - dünyanın ən hündür teleqülləsi - FOTOREPORTAJ Tokionun Səma ağacı və ya orijinal adı ilə desək, Tokyo Skytree dünyanın ən hündür teleqülləsi və Bürc Xəlifədən sonra dünyanın ən hündür ikinci binasıdır.
Multimedia
4 İyul , 2019 10:36
Tokionun Səma ağacı - dünyanın ən hündür teleqülləsi - FOTOREPORTAJ

Tokionun "Səma ağacı" və ya orijinal adı ilə desək, "Tokyo Skytree" dünyanın ən hündür teleqülləsi və "Bürc Xəlifə"dən sonra dünyanın ən hündür ikinci binasıdır.

O, 2012-ci ilin fevral ayında istifadəyə verilib və dərhal Yaponiya paytaxtının ən görməli yerlərindən birinə çevrilib.

Teleqüllənin baş meneceri Keyci Tsukaharanın "Report"a bildirdiyinə görə, teleqüllə 634 metrlik hündürlüyə malikdir. Bu, "Gündoğar ölkə"nin hündürlüyünə görə ikinci qülləsi olan "Tokyo Tower"in göstəricisindən (333 metr) demək olarsa, iki dəfə çoxdur. Ümumilikdə isə bu, Yaponiyada nəvaxtsa inşa edilmiş ən hündür tikilidir.

Yaponiya paytaxtını izləmək üçün turistlərə 350 metr hündürlükdə yerləşən platformaya çıxmaq təklif olunur. Burada restoran, kafe və hədiyyə mağazaları var. Daha bir platforma - "Tembo Gallery" daha yüksəkdə - 450 metr yüksəklikdə yerləşir.

360 dərəcə mənzərəli panoramik pəncərələrdən bütün Tokio ovcunun içindəki kimi görünür. Özü də şəhər sadəcə sonsuz, ucu-bucağı olmadan görünür. Bu meqapolis o qədər böyükdür ki, nə qədər çalışsan da, üfüq xəttini axıra qədər görmək mümkün deyil. 

K.Tsukakharanın sözlərinə görə, bu görünüşü "zamandan və məkandan kənat landşaft" adlandırmaq olar.

Həmçinin şüşə döşəmə ziyarətçilərə düz ayaqlarının altından küçələrin görünüşünü izləməyi təqdim edir.

Amma televiziya və müşahidədən başqa, bu qüllənin daha bir funksiyası var: qüllə o qədər hündürdür ki, onun zirvəsindən yaxınlaşan yağış və ya qasırğanı görmək və yaxınlaşan təbii fəlakət barədə xəbərdarlıq eləmək olar. "Qüllənin üzərində quraşdırılan qurğuların köməyi ilə küləyin istiqaməti və gücünü müəyyənləşdirmək mümkündür, fövqəladə hallarda minlərlə insan oradan sığınacaq kimi istifadə edə bilər. Bir sözlə, qüllə həm də təbii fəlakətlərin qarşısının alınması mərkəzi rolunu yerinə yetirir", - baş menecer bildirib.

"Tokyo Skytree" həmçinin, istənilən zəlzələnin 50%-ə qədər gücünü "udmaq" qabiliyyətinə malik konstruksiyası ilə də məşhurdur. Mərkəzi sütunun xüsusi strukturu seysmik zonada yerləşilməsi nəzərə alınmaqla qədim yapon paqodaları prinsipi əsasında inşa edilib.

Son xəbərlər

Orphus sistemi