Tarixə qovuşan "Qara şəhər" - FOTOREPORTAJ

Tarixə qovuşan "Qara şəhər" - FOTOREPORTAJ Ərazinin yeni təyinatlı şəhər kimi canlanması üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi işləri həyata keçirilir
Multimedia
3274
13 Yanvar , 2015 16:55
Tarixə qovuşan Qara şəhər - FOTOREPORTAJ

Bakı. 13 yanvar. REPORT.AZ/ Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, "Qara şəhər"  XIX əsrin sonunda Bakının şərq hissəsində yaranıb. Sonradan o, “qara qızıl"ın emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynayıb.

"Report" yaxın gələcəkdə tarixə qovuşaraq öz yerini müasirləşən "Ağ şəhər"ə təhvil verəcək "Qara şəhər"dən xüsusi reportajı təqdim edir. 

Son xəbərlər

Orphus sistemi