Yuxarı
    Bağlamaq

    Stalinin yaşadığı daxma - FOTOREPORTAJ

    Daxmanın altında qapısı kilidli zirzəmi də var

    Bakı.19 fevral. REPORT.AZ/ Gürcüstanın Qori şəhərini Stalin şəhəri də adlandırmaq olar. Çünki bu balaca şəhər keçmiş SSRİ diktatoru Stalinin doğulduğu yer kimi tanınır. "Report"un məlumatına görə, İosif Vessarionoviç Cuqaşvilinin (Stalin) doğulduğu ev kərpicdən və taxtadan tikilmiş, köhnə, sınıq-salxaq bir daxmadan ibarətdir. Taxtaları qaralmış, kərpicləri ovulmuş daxma...

    Eni bir metrdən çox olmayan, qaralmış köhnə döşəməli, alcaq sütunu artırmada iki ayrı-ayrı otağa açılan qapı var. Stalinin doğulduğu otaqda köhnə örtüklü taxta yataq, balaca masa, güzgü, saxsı qablar, neft lampası, qədimi samovar bu gün də qorunub saxlanılır.

    Daxmanın altında qapısı kilidli zirzəmi də var. Qara, rütubət qoxulu boşluqdan ibarət bir yerdir. Bələdçi bildirdi ki, zirzəmidə Stalinin atası çəkməçilik edib: "Buraya turistlərin girişi qadağandır. Ona görə də zirzəmini bağlamışıq”.

    Qafqaz üslubunda tikilmiş bu ev, neoklassik "Don tərzi" sütunları ilə əhatələnib və qorunur.

    "Report" Stalinin ev muzeyindən fotoreportajı təqdim edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi