Yuxarı

Səhiyyə Nazirliyi Qusarda yol qəzasında xəsarət alanların durumu barədə məlumat yayıb- VİDEO - YENİLƏNİB

​Qusarda avtomobili ağaca çırpılıb, ölən və yaralılar var

Səhiyyə Nazirliyi Qusarda baş verən yol qəzası nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb. 

Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib. 

Müraciət edənlərdən 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar MRX-ya yerləşdiriliblər. Hazırda müalicələri davam edir.


*** 12:58

Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. 

Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri - Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə BabayevaMina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Həkimlərin səyinə baxmayaraq, yaralılardan P.Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 

Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi