Yuxarı
    Bağlamaq

    Qusar sakini helikopter hazırlayıb - FOTO - VİDEO

    Helikopter sentyabr ayında uçuşa hazır olacaq

    Bakı. 31 mart. REPORT.AZ/ Qusar rayon sakini helikopter düzəldib. "Report"un məlumatına görə, rayon sakini Mirzəxan İmamquliyev 6 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirə bilib.

    M.İmamquliyev bildirib ki, helikopteri hazırlamaq üçün 15 avtomobilin müxtəlif ehtiyat hissələrindən istifadə olunub: "Hazırladığım helikopterə Ukrayna istehsalı olan "Zaparojets" markalı avtomobilin mühərrikini qoymuşdum. Lakin həmin mühərrikin gücü az olduğundan dəyişərək yerinə "VAZ 2103"  markalı avtomobilin mühərrikini qoydum".
    Helikopter hazırlamağın uşaqlıq arzusu olduğunu deyən M.İmamquliyev işlərin 95 faizinin yekunlaşdığını bildirib.  O əlavə edib ki, hazırladığı helikopter sentyabr ayında uçuşa hazır olacaq.
    Qeyd edək ki, bu helikopterin hazırlanması üçün bu günə qədər 3 000 manatdan artıq vəsait sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi