Yuxarı
    Bağlamaq

    Qədim Tiflisin Narın Qalası - FOTOREPORTAJ

    Burada silah-sursat anbarı, xəzinə və müxtəlif cür təsərrüfat obyektləri yerləşib

    Bakı. 2 mart. REPORT.AZ/ Tiflisdə yerləşən "Narın Qala" kompleksi müdafiə məqsədilə tikilib. Qalanın əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, IV əsrə aid tarixi mənbələrdə abidə haqqında məlumatlar var. O dövrdə abidə "Şuris Sixe" adlanıb. Monqolların işğalından sonra qalanın adı dəyişdirilərək "Narın Qala"(kiçik qala) adlanıb. Arxitektura kompleksi qala divarları ilə əhatə olunub. Burada silah-sursat anbarı, xəzinə və müxtəlif cür təsərrüfat obyektləri yerləşib. Qala sərt təpənin başındadır. Qalanın bəzi hissələri 1827-ci ildə baş verən zəlzələ zamanı dağılıb.

    Gürcülər bu qalanı "Narikala" adlandırırlar.

    "Report" Gürcüstanda yerləşən bu tarixi abidədən fotoreportajı təqdim edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi