Qazi: “Minanı toxum kimi səpib getdilər...”- VİDEO

Qazi: “Minanı toxum kimi səpib getdilər...”- VİDEO "Mina xəritələrinin verilməməsi özü bir cinayətdir"
Multimedia
221
31 Mart , 2021 16:56
Qazi: “Minanı toxum kimi səpib getdilər...”- VİDEO
Bəhruz Camalov

“Bizim humanizmdən istifadə edən ermənilər minanı toxum kimi səpib getdilər. Xəbərlərdə eşidirəm ki, neçəsi minaya düşür, ayağını itirir, qolunu itirir. Mina xəritələrinin verilməməsi özü bir cinayətdir”.

Birinci Qarabağ müharibəsində hər iki ayağını itirən Bəhruz Camalov “Report”a belə deyib.

Qazi bildirib ki, minalar 40-50 il sonra belə partlamaq gücündədirlər:

“Minadan qurtuluş yoxdur. Elə bir yer yoxdur ki, erməni oranı minalamasın”.

Bəhruz Saleh oğlu Camalov 1962-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta məktəbi Ağdamda bitirib. 1980-1982-ci illərdə Sovet ordusunda qulluq edib. 1991-ci ilin sentyabr ayında Ağdama qayıdıb. 1992-ci ilin iyun ayında müharibə zamanı Ağdərə istiqamətində minaya düşməsi nəticəsində hər iki ayağını itirib.

“Report” qazi ilə videomüsahibəni təqdim edir:

Son xəbərlər

Orphus sistemi